53 yaşlı kişi bıçaqlanıb

25 Noyabr 2022 07:29 (UTC+04:00)

Bakının Sabunçu rayonunda 53 yaşlı kişi bıçaqlanıb. SİA-nın məlumatına görə, 1969-cu il təvəllüdlü Şəmilov Elşən Əhməd oğlu mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol əlin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.