Macarıstanda təqaüdlə magistr təhsili almaq üçün sənəd qəbulu aparılır

Macarıstanda təqaüdlə magistr təhsili almaq üçün sənəd qəbulu aparılır

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə elan etdiyi təqaüd proqramına sənəd qəbulu aparılır. Bu barədə SİA-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqram 2022-2023-cü tədris ili üzrədir.

Təqaüd proqramı qida təhlükəsizliyi və keyfiyyət mühəndisliyi ixtisasları üzrə magistratura pilləsini özündə ehtiva edir. Təqaüd proqramına fevralın 28-dək müraciət etmək olar.

Ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə