Təhsil Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) IT kurslarına başlanılıb. SİA xəbər verir ki, IT kursları (bootcamp) 2021-2022-ci tədris ilinin yaz semestrini əhatə edəcək. Kursda ADNSU-nun texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri iştirak edirlər.
Kurslarda veb-tərtibatçılıq və sistem inzibatçılığı üzrə tədris verilir və 300 tələbəni əhatə edir.
Qeyd edək ki, layihənin məqsədi tələbələrin “junior” səviyyədə mütəxəssis kimi yetişdirilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB