BDU-da “Valideyn-övlad münasibətləri” mövzusunda təlimlər keçiriləcək

BDU-da “Valideyn-övlad münasibətləri” mövzusunda təlimlər keçiriləcək

Bakı Dövlət Universitetinin Psixoloji yardım sektoru tələbələr və universitet əməkdaşları üçün “Valideyn-övlad münasibətləri” mövzusunda təlimlər keçirəcək. Bakı Dövlət Universitetinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təlim valideynlərlə övladlar arasında olan konfliktli münasibətlər və onların aradan qaldırılması yollarını əhatə edəcək.

İlk təlimin fevralın 22-də keçirilməsi nəzərdə tutulub. Təlimlər fevralın 25-də başa çatacaq.
Təlimlərdə iştirak etmək üçün son müraciət tarixi fevralın 21-idir.

Psixoloji yardım sektoru ilə əlaqə tel.: (+99477)304 24 48

Sektorun instagram hesabı: pys__bdu.

Bütün xəbərlər Facebook səhifəmizdə