Bu gün şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən başlanılır

Bu gün şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən başlanılır

Fevralın 14-ü saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların və I-X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən başlanılır.

SİA-nın məlumatına görə, Təhsil Nazirliyindən bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Qeyd edək ki, siniflərin II yarımil üçün komplektləşdirilməsi səbəbindən yanvarın 12-dən etibarən şagirdlərin elektron yerdəyişməsi portalı (www.sy.edu.az) vasitəsilə sorğuların qəbulu müvəqqəti dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə