Magistraturaya imtahan verən tələbələr, DİQQƏT! - ŞURA ÜZVÜ AÇIQLADI

Magistraturaya imtahan verən tələbələr, DİQQƏT! - ŞURA ÜZVÜ AÇIQLADI

"Magistraturaya qəbul imtahanı bu il Azərbaycanda iki dəfə təşkil olunacaq". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, hər iki imtahanın qeydiyyatı ayrı-ayrı olacaq: "Yəni əgər birinci imtahanın qeydiyyatından keçmisinizsə, yalnız birinci imtahana girə bilərsiniz. Düşünürəm ki, ümumiyyətlə imtahanların bir neçə dəfə keçirilməsi doğru qərardır. Doğrudur, hər imtahana qeydiyyat üçün müəyyən vəsait tələb olunur. Amma nəzərə almaq lazımdır ki, Dövlət İmtahan Mərkəzi publik-hüquqi şəxsdir. İmtahanların bir neçə dəfə təşkil olunması gənclərimizin təhsil alma imkanlarını genişləndirir. Bəzən olur ki, imtahan keçirilən ərəfədə sağlamlığında problem olan insanlar, ümumiyyətlə, hər hansı bir problemi olan insanlar birinci imtahanda iştirak edə bilmədiklərinə görə, ikinci imtahanda iştirak edə bilərlər. Bu çox doğru yanaşmadır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə