“Tariximizi, keçmişimizi unutmayaq ki, gələcəkdə səhv etməyək”, “ Hər zaman dostlarımızı və düşmənlərimizi tanıyaq” devizi ilə Ağstafa məktəblərində vətənpərvərlik mövzusunda dərslər keçirilir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu dərslərin təşkil edilməsində əsas məqsəd gənc nəslin hərbi və milli vətənpərvər ruhda böyüməsidir.
Qeyd edək ki, Ağstafa məktəblərində hər gün ilk dərsin 5 dəqiqəsi vətənpərvərlik mövzusuna həsr edilməklə yanaşı, həftə ərzində bir dərs tam olaraq bu mövzuya həsr edilir. Əməkdaşlarımız mövzu ilə əlaqədar olaraq rayonun Dağ Kəsəmən kənd 1 və 2 saylı tam orta məktəblərində olublar . Qeyd edək ki, Qarabağ müharibəsi dövründə Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən 17 şəhid olub, 3 nəfər isə itkin düşüb. Vətən müharibəsində isə kəndin 5 şəhidi olub, onlardan 3 şəhid 1 saylı, 2 şəhid isə 2 saylı məktəbin məzunu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB