Ötən 10 həftə ərzində dünyada 90 milyon insan koronavirusun omikron ştammına yoluxub. SİA-nın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda respublikada virusla bağlı vəziyyət tam nəzarət altındadır.
"Omikronla bərabər hələ də Delta ştammına yoluxmalar da mövcuddur. Müəyyən müddətdən sonra omikron və deltanın nisbi rəqəmləri nümayiş olunacaq. Məhdudlaşdırıcı addımların atılmasına zərurət yoxdur. Xəstəliyin gedişatına görə sərt karantin rejimi barədə düşünmək olar", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB