Azərbaycanda təhsil krediti verilən tələbələrin sayı açıqlanıb

Azərbaycanda təhsil krediti verilən tələbələrin sayı açıqlanıb

Azərbaycanda 1945 tələbəyə təhsil krediti verilib. Yəni onların müraciəti üzrə müsbət rəy verilib. SİA-nın məlumatına görə, bu barədə Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev bu gün təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı təqdimatda məlumat verib.

O qeyd edib ki, hazırda emalda olan 1200 mürciət var ki, yaxın iki həftə ərzində onların da rəsimləşdirilməsi başa çatacaq: "300-400 nəfər tələbə isə təhsil krediti üçün müraciətini tamamlamayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə