"Karyera sərgisinə böyük ümidlə qatılmışam"

Birinci kurs tələbəsi...
"Karyera sərgisinə böyük ümidlə qatılmışam"

Tələbə olsam da, təhsilimlə paralel işləmək istəyirəm. Buna görə də karyera sərgisinə böyük ümidlə qatılmışam.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Texniki Universitetin birinci kurs tələbəsi Vasif Yusifli 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Gənclər həftəsi” çərçivəsində Bakı Gənclər Mərkəzində baş tutan karyera sərgisində bildirib.

İş təcrübələrinin olmamasına baxmayaraq burada özlərinə uyğun iş tapa biləcəklərinə ümid edən Vasif Yusifli deyib: “Universitet dərslərindən sonra “part-time” işləmək istəyirəm. Burada, həmçinin təhsilimizi inkişaf etdirmək üçün yaxşı imkanlar var. Belə ki, “DİV Academy” proqramlaşdırma akademiyası diqqətimizi çəkdi. Akademiyada ixtisasımızla bağlı proqramlaşdırma dərsləri keçirlər. Ümumiyyətlə, belə karyera sərgilərinin tez-tez keçirilməsini istəyirəm. Bununla yanaşı, yaxşı olardı ki, karyera sərgilərində daha çox şirkətlər və holdinqlər təmsil olunsun”.

Bütün xəbərlər Facebook səhifəmizdə