Daha ağır xəstəlik keçirmək istəmiriksə, “buster” doza olunmalıyıq - İnfeksionist

Hazırda “buster” dozanın qəbul edilməsi lazımdır. Bundan başqa, maska taxılmalı, otağın havası tez-tez dəyişdirilməli və gigiyena qaydalarına əməl edilməlidir.

SİA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

"Əvvəlki dozaların üzərindən 5-6 ay keçibsə, demək ki, təsir gücü azalıb. Daha ağır xəstəlik keçirmək istəmiriksə, “buster” doza olunmalıyıq. Simptomlar meydana çıxanda insan özünü mütləq təcrid etməlidir. Hazırda koronavirusa yoluxanlarda iy və dadbilmənin itməsi hallarına rast gəlinmir", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə