Gənclərin xaricdəki universitetlərə marağı NƏDƏN QAYNAQLANIR? - AYDINLIQ GƏTİRİLDİ

“Gənclərin bugünkü gündə təhsil almaq üçün xaricə üz tutmasının bir çox səbəbləri var”. Bu sözləri SİA-ya açıqlamasında "Vision Academy"nin rəhbəri Rəşad Abbasov bildirib.

Onun sözlərinə görə, xaricdə fəaliyyət göstərən universitetlərin dünyada və ölkəmizdə müəyyən nüfuza sahib olması və həmin universitetlərdə təhsilin daha da keyfiyyətli olması bunun ən başlıca səbəblərindən biridir: “Digər səbəblərdən biri isə xaricdə fəaliyyət göstərən təhsil müəssisələrinin hər keçən il şərtlərini daha asan və əlçatan etməsidi. Gənclərimiz düşünürük ki, xaricdə təhsil almaq onların gələcək kariyerasına ciddi şəkildə təsir edəcək və onlara bu baxımından üstünlük verəcək. Hesab edirəm ki, bu çox düzgün yanaşmadı. Onlar xarici üniversitetlər içərisində daha çox Türkiyə universitetlərini tərcih edirlər. Türkiyədə təhsil alan aktiv azərbaycanlı tələbələrin sayı 27 000 mindir. Bundan başqa olaraq tələbələr Polşa, İtaliya, Ukrayna və Rusiyada fəaliyyət göstərən universitetlərə üstünlük verirlər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə