XİN-də diplomatik xidmətə qəbul imtahanı üçün qeydiyyat başa çatıb

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat müddəti başa çatıb.

SİA-nın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, qeydiyyat müddəti 13 yanvar saat 09:00-da başa çatıb. İmtahanda iştirak etmək üçün 478 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı yanvarın 23-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə