"Bu şagirdlər üçün hər il imtahanlar təşkil olunur" -ŞƏRH BİLDİRİLDİ
"Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahanların keçirilməsi haqqında qaydalar var. Hətta Sovetlər birliyi dövründə də bu qaydalardan istifadə olunurdu". Bu fikirləri SİA-ya açıqlamasında Təhsil Nazirliyinin yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov bildirib.
Onun sözlərinə görə, şagirdlər imtahan verərək həm sinifdən-sinfə keçə bilərlər, həm də məktəbi vaxtından əvvəl bitirə bilərlər: "Bu imtahanlar şagirdlərin proqram mövzularını yaxşı mənimsəməsini yoxlamaq məqsədi ilə təşkil olunur. Əgər orta məktəb proqramı üçün nəzərdə tutulmuş məzmun şagird tərəfindən mənimsənilibsə və onun xüsusi istedadı varsa, əlbəttə, imtahanlarda iştirak edə bilər. Şagird məktəbdən kənar proqram mövzularına hazırlaşa bilər və yaxud da özü evdə hazırlaşa bilər. Ölkəmizdə bu cür imtahanlar hər il keçirilir. Əlbəttə ki, bu il də keçiriləcək. Düşünürəm ki, əgər kiminsə fitri istedadı varsa və ya dərsləri digərlərindən tez qavrayırsa zaman itirməkdənsə bu yoldan istifadə edib təhsilini daha yüksək səviyyədə davam etdirməsi daha məsləhətlidir. Bu baxından belə imkanların yaradılması müsbət haldır. Çox az sayda belə uşaqlar olur ki, onlar sinifdən-sinfə keçirlər. Qeyd etmək istərdim ki, 14 yaşında Tibb Universitetinə qəbul olmuş tələbəmiz var. Bu əlbəttə ki, müsbət haldır. Gənclərimizin istedadını üzə çıxarmaq və onları hər zaman dəstəkləmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB