Təhsildə İnkişaf və İnnovasiyalar uzrə V musabiqənin qalib layihəsi
Təhsilin inkişafı daima dövlətimizin diqqət mərkəzindədir. Xüsusilə bölgələrdə pedaqoji sahədə yeniliklərin edilməsi, gənc müəllimlərin formalaşması üçün müxtəlif layihələrin reallaşdırılması daima təhsil siyasətinin inkişafında önəmli yer tutur. Təhsilin inkişafı üçün öləmizin şimal bölgəsində yerləşn Şabran rayonunda da mühüm işlər görülür. Təhsil Nazirliyi tərəfindən dəstəklənən "Eksperiment həvəskarları" Təhsildə İnkişaf və İnnovasiyalar uzrə V musabiqənin fərdi kateqoriyası üzrə qalib layihəsi olub. Bu layihənin rəhbəri Şabran şəhər Roman Yusifov adina 2 saylı tam orta məktəb-liseyin kimya muəllimi Dəmirova Aygündür. Layihənin əsas məqsədi kimya fənninin tədrisi zamanı əyaniliklə praktikanın qarşılıqlı vəhdətini təşkil etməklə şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin, müstəqil düşünmə bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir.
Layihə Şabran rayonu üzrə işə başlamış, kontingentini bütün respublika şagirdləri və müəllimləri təşkil etdiyindən təlimlərə respublikanın muxtəlif şəhərlərindən və rayonlarindan müəllimlər və şagirdlər qosulmaqdadir. Layihə ərzində görülmüş işlər aşağıdakılardan ibarətdir:
1.Kimya kabineti əsaslı şəkildə təmir edilmiş, boyama işləri tamamlanmış.
2.Su -kanaizasiya sistemi çəkilmiş.
3.Elektrik xətti yenilənmiş, köhnə işləməyən isiq lampaları yeni plafonlarla əvəz olunmuş.
4.Jalüzlər quraşdırılmış.
5.Yeni kimya şkafları düzəldilmiş.
6.Zəhərli qazların otağa dolmasının qarşısını almaq məqsədilə sorucu şkaf quraşdırılmış.
7.Kimya eksperimentləri ilə bağlı informativ plakatlar təşkil olunmuş.
8.Tabaşir taxtası marker lövhəsi ilə əvəz olunmuş.
9.Proyektor lövhəsi quraşdirilmiş.
10.Sagirdlərin öz tədqiqatlarını, hazırladıqları referatlari proyektorla izləmək üçün notbuk təşkil olunmuş.
11.Təhlukəsizlik məqsədilə şagirdlərin sayına uyğun olaraq kimya xalatları və eynəkləri təşkil edilmiş.
12.Kimya şkafları kimya qabları ilə və kimyəvi maddələrlə doldurulmuşdur
13.Kimya eksperimentlərinin aparılması üçün kimya stolu quraşdırılmışdır 14.Teams platforması üzərindən təlimlər həyata keçirilməkdədir.Təlimlərdə müxtəlif kimya eksperimentləri,Ev şəraitində aparılması mümkün olan təcrübələr, onların aparılması qaydası, təhlükəsizliyin təşkili haqqinda məlumatlar verilir.Təlimlər ayda 2 dəfə müəllim və şagirdlər üçün təşkil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB