Yanvar-fevral aylarında keçiriləcək imtahanların tarixləri AÇIQLANIB

Yanvar-fevral aylarında keçiriləcək imtahanların tarixləri AÇIQLANIB

Dövlət İmtahan Mərkəzi gələn ilin yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixlərini açıqlayıb.

Mərkəzdən SİA-ya verilən məlumata görə yanvar ayında dövlət qulluğuna (A növü) qəbul və Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı keçiriləcək. Fevral ayında isə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı, dövlət qulluğuna (B növü) qəbul, magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) və peşə liseylərinin buraxılış imtahanının keçirilməsi nəzərdə tutulur.

Bütün imtahanların qrafiki ilə daha ətraflı cədvəldə tanış ola bilərsiniz:

Digər aylarda keçiriləcək imtahanların tarixləri müəyyən olunan kimi ictimaiyyətə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə