Bu gün ölkədə 500 direktor vəzifəsi boşdur

Bu gün ölkədə 500 direktor vəzifəsi boşdur

“Təhsil idarələrinə təyin olunan adamın peşəkarlığı və bu işin təşkilinin şəffaf olması əsasdır”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsillə bağlı sərəncamlarına dair təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, direktorlar müsabiqə yolu ilə seçilir: “Görünən odur ki, iştirak edənlərin sayı azdır. Bu gün ölkədə 500 direktor vəzifəsi boşdur. Problem bacarıq və səriştə ilə əlaqəlidir”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə