“Prezident İlham Əliyevin siyasətində mühüm yerlərdən birini Azərbaycan elminin inkişafı tutur“
“Prezident İlham Əliyevin siyasətində mühüm yerlərdən birini Azərbaycan elminin inkişafı tutur. İlk növbədə, dövlət başçısının 2009-cu ildə imzaladığı Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramında ölkə elminin qarşısında dayanan vəzifələr və başlıca istiqamətlər müəyyənləşdirilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı qeyd edib.

Onun sözlərinə görə, elmi-tədqiqat işlərini təşviq etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılıb: “Fond elmin müxtəlif sahələri üzrə elmi-tədqiqat işlərinə qrantlar ayırır. Fəaliyyətə başladıqdan bəri Fondun xətti ilə ölkə həyatı üçün vacib olan bir sıra elmi-tədqiqat işləri hazırlanıb və tətbiq edilib.
2016-cı ildə Elm haqqında qanun qəbul edilib. Hər il dövlət büdcəsindən elmə ayrılan xərclər əvvəlki illərlə müqayisədə artırılır.
Prezident İlham Əliyev Elmlər Akademiyasının illik ümumi yığıncaqlarında, yubiley toplantılarında iştirak edərək nitq söyləyib, alim və tədqiqatçılara öz tövsiyələrini verib. Görkəmli alimlərin əməyi yüksək qiymətləndirilib. Onlara dövlətin orden və medalları, fəxri adları verilib. Sosial məsələlər həll edilir. Doktorantların təqaüdləri artırılır.
Ötən müddət ərzində ölkəmizdə kosmik, hərbi-sənaye kompleksi elmləri və b. yeni sahələr kimi inkişaf edib.
Sovet dövründə uzun illər boyu diqqət verilməyən müasir elmi istiqamətlərə üstünlük verilir. Ölkədə bir neçə yeni elmi-tədqiqat institutu, məsələn, Qafqazşünaslıq İnstitutu yaradılıb.
Azərbaycan elmi beynəlxalq aləmə uğurla çıxıb. Xarici ölkələrdə impakt faktorlu jurnallarda dərc edilən elmi məqalələrin sayına görə Azərbaycan Respublikası Qafqaz respublikaları arasında birinci yerdədir.
Azərbaycan alimləri beynəlxalq elmi konfranslarda məruzələr edirlər, monoqrafiyaları xarici ölkələrdə nəşr edilir, əsərlərinə müxtəlif ölkələrin alimləri istinadlar edirlər.
Dünyanın elmi mərkəzlərində, universitetelərində azərbaycanlı alimlər uğurla çalışırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB