Saxta vaksin pasportu satan tibb bacısı saxlanılıb

Saxta vaksin pasportu satan tibb bacısı saxlanılıb

Tovuzda saxta COVID-19 pasportu satan tibb bacısı saxlanılıb. Bu barədə SİA-ya Tovuz Rayon Polis Şöbəsindən məlumat verilib.

Şöbə əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 14-də Tovuz rayon Mərkəzi Xəstəxanasının tibb bacısı S.Ələkbərova gəlir əldə etmək məqsədi ilə vətəndaşlara saxta COVID-19 pasportu verdiyi üçün saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə