AzTU-nun İctimai Şurasının növbəti iclası

Azərbaycan Texniki Universitetinin (AzTU) İctimai Şurasının növbəti iclası keçirilib. AzTU-dan SİA-ya bildirilib ki, rektor Vilayət Vəliyev universitetin 2021-2030-cu illər üçün inkişaf strategiyası barədə məlumat verib. Bildirib ki, mühəndislik elmləri və ağıllı texnologiyaların tətbiqi sahəsində regionda lider universitet olmağı hədəf seçən AzTU-nun məqsədi rəqəmsal platformada texnoloji gələcək üçün ağıllı həllər vermək və bu istiqamətdə mütəxəssis hazırlığını təmin etməkdir.

İctimai Şuranın üzvləri inkişaf strategiyası ilə bağlı AzTU-nun hədəf və məqsədlərini yüksək qiymətləndirib, görüləcək işlərlə bağlı tövsiyələrini veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə