Ümumi balın minimal həddi müəyyənləşib - NAZİR MÜAVİNİ AÇIQLADI

"Birinci tədris ilinin ilk semestri üçün tələbələrin standart təhsil tələbə kreditləri (TTK) almaq hüququ olan tələbənin qəbul imtahanında topladığı ümumi balın minimal həddi müəyyənləşib". SİA xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (TTK) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir müavini bildirib ki, həmin hədd Təhsil Tələbə Fondunun himayəçilik şurası tərəfindən qərarlaşdırılıb: "Bakalavriat səviyyəsi üçün 300-700 bal aralığında, magistratura səviyyəsi üçün 50-100 bal aralığı, subbakalavriyat səviyyəsi üçün 110-300 bal aralığında nəticə göstərənlər ilk semestrdə kredit almaq hüququna malik ola bilərlər".

O qeyd edib ki, standart kreditlər illik təhsil haqqının 20%-ni ödəyən tələbələrə veriləcək.

Ruqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə