Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağsu nümayəndəliyinin təşkilatçılığı və rayon təhsil şöbəsinin dəstəyi ilə səhər məktəbləri arasında "Ən yaxın tariximiz" adlı intellektual yarış keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, yarışa Ağsu şəhər 1, 2, 3 və 4 nömrəli tam orta məktəblərini təmsil edən komandalar qatılıblar. Suallar əsasən 1-ci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsini əhatə edib. 24 sualın səsləndiyi yarışda S.Umbayev adına 2 nömrəli məktəbin "Xarıbülbül" komandası birinci yeri tutub. Qalib komandanın üzvləri Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağsu nümayəndəliyinin diplomu ilə təltif ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB