Daha bir məktəb əyani tədrisə qayıtdı

Daha bir məktəb əyani tədrisə qayıtdı

Noyabrın 16-dan etibarən paytaxtdakı 269 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.

Bu barədə SİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Belə ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti bu gün başa çatıb: "Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur" - məlumatda qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə