Təhsildə fəlakətli vəziyyət barədə NARAHATLIQ İFADƏ OLUNUB

Təhsildə fəlakətli vəziyyət barədə NARAHATLIQ İFADƏ OLUNUB

Amerikalı valideynlər və hüquq müdafiəçiləri ölkədə təhsilin keyfiyyətindən narahatdırlar. SİA xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

“Beşinci sinif şagirdlərinin təxminən yarısı hətta yaşlarına uyğun oxuya bilmirlər”, deyə bir valideyn assosiasiyalarının fəalı Laura Zork bildirib.

Onun fikrincə, amerikalı tələbələr dünya üzrə həmyaşıdlarından geri qalırlar. Bu, hüquq müdafiəçisinin fikrincə, siyasi korreksiyanın tətbiqi nəticəsində baş verib. Zork vurğulayıb ki, istedadlı uşaqlar üçün proqramlar əsasən qruplarda “müxtəlifliyin” olmaması səbəbindən mərhələli şəkildə dayandırılır.

O, bütün ölkə üzrə ibtidai sinif şagirdlərinin daha mürəkkəb fənlərin öyrənilməsinə lazımi hazırlıq olmaması səbəbindən yaxın gələcəkdə yeni problemlərlə üzləşəcəyindən narahatlığını ifadə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə