UNEC-in elektron kitabxanasında ötən ay ən yüksək istifadə göstəricisi olub

UNEC-in elektron kitabxanasında ötən ay ən yüksək istifadə göstəricisi olub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ənənəvi kitabxanalarında oktyabr ayında ümumi oxucu sayı 12550 nəfər, kitab götürülməsi 3901 nüsxə təşkil edib.

UNEC-dən SİA-ya bildirilib ki, elektron kitabxanadan 3970 istifadəçi yararlanıb, sosial media və kitabxananın veb-səhifəsi üzərindən 3598 istifadəçi-izləyici sorğusu cavablandırılıb.

Universitetin elektron kitabxanasının yaradıldığı vaxtdan ən yüksək istifadə göstəricisi oktyabrda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə