245 nömrəli tam orta məktəbdə əyani tədris bərpa olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, oktyabrın 29-da paytaxtdakı 245 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.
Belə ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti oktyabrın 29-da başa çatıb.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Qeyd edək ki, koronavirusa yoluxmalar səbəbindən distant təhsilə keçən 697 sinifdən 155-i 2 həftəlik karantin müddətindən sonra ənənəvi təhsilə geri qayıdıb.
Məlumata görə, hazırda 542 sinif distant təhsildədir. Bu, ölkə üzrə ümumtəhsil məktəblərinin 0,6 faizini təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB