“Narsis” “Breyn-rinq”in qalibi olub

Astara şəhərindəki “Gənclər evi”ndə rayon gənclər və idman idarəsi, təhsil şöbəsi, “Astara” İntellektual İnkişaf Klubu və ”İntellektli və Sağlam Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Breyn-rinq” intellektual oyunu üzrə gənclər arasında rayon birinciliyi keçirilib.

SİA xəbər verir ki, yarış iştirakçıları əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bilik yarışmasında 7 komanda qələbə uğrunda mübarizə aparıb.

Rayon birinciliyinin yekun nəticələrinə əsasən, “Narsis” komandası (Astara könüllüləri) birinci, “Xəmsə” komandası (Astara Pedoqoji Kolleci) ikinci yerə layiq görülüblər.

Qalib komandaların üzvlərinə və Vətən müharibəsi qazisi, ”Narsis” komandasının kapitanı, Sım kənd tam orta məktəbinin tarix müəllimi Əkbərov Heydər Niyazi oğluna, Vətən müharibəsi şəhidi Nail Orucovun övladı, “Ziya” komandasının üzvü Ruslan Orucova (Astara şəhər 2 nömrəli tam orta məktəb) diplomlar və hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə