UNEC-də “Nə? Harada? Nə zaman?” intellektual yarışı başa çatıb

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və “İqtisadçı” intellektual klubunun təşkilatçılığı ilə 18 oktyabr- Müstəqilliyin Bərpası Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

UNEC-dən SİA-ya bildirilib ki, tələbələr arasında keçirilən yarışda 30 komanda iştirak edib. “Prometey” komandası 32 xalla qalib gəlib. İkinci yerə “Replicants”, üçüncü yerə “Hell Bells” komandası layiq görülüb.

Qalib komandaların hər bir üzvünə kubok, diplom, pul mükafatı və medallar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...