Humanitar Fənlər Gimnaziyası da distant təhsilə keçib

Humanitar Fənlər Gimnaziyası da distant təhsilə keçib

Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin Covid-19 testi pozitiv çıxıb.

Bu barədə SİA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Bu hal əsas götürülərək Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, gimnaziyada tədrisin bu gündən etibarən 14 gün müddətinə distant təşkil edilməsinə qərar verilib.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə