Türkiyədən təhsil üçün gələn gənclərlə görüş keçirilib

Türkiyədən təhsil üçün gələn gənclərlə görüş keçirilib

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” və "Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti" İctimai birliklərinin birgə təşkilatçılığı, “Davam” Gənclər Hərəkatının dəstəyi ilə ali təhsil almaq üçün qardaş ölkə Türkiyədən Azərbaycana gələn gənclərlə görüş keçirilib.

SİA vəbər verir ki,, “Davam”ın Bakı ofisində keçirilən görüşdə otuzdan çox türk gənc iştirak edib.

Görüşdə "Davam" hərəkatın baş katibi Nigar Aslanova gənclərə hərəkatın məqsədi, fəaliyyət istiqamətləri və gördüyü işlər barədə məlumat verib. İldönümünü yaşadığımız Zəfər savaşı ilə bağlı həyata keçirilən yerli və beynəlxalq layihələrdən danışıb.

"Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək" İctimai Birliyinin sədri Toğrul Allahverdili iki dövlət arasındakı yaxın münasibətlərdən bəhs edərək 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana mənəvi, siyasi dəstəyindən söhbət açıb. Eyni zamanda bu iki dövlətin gəncliyinin fəal birgə iş aparmalı olduğunu vurğulayıb.

"Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti" İctimai Birliyinin sədri Hakan Seyhan hər zaman gənclərin yanında olduqlarını bildirərək onlara təhsil həyatlarında uğurlar arzulayıb.

Səmimi söhbət əsnasında gənclər özlərini təqdim edib, suallarını ünvanlayıb, Azərbaycanla bağlı təəssüratlarını bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə