Odlar Yurdu Universitetində görüş keçirilib - FOTO

Odlar Yurdu Universitetində görüş keçirilib - FOTO

Yeni Azərbaycan Pariyasının Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev Odlar Yurdu Universitetində yeni dərs ilinin başlaması ilə əlaqədar görüş keçirib. SİA-nın verdiyi məlumata görə, ötən il ölkəmizdə çox önəmli tarixi hadisənin yaşandığını, 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad etməsini geniş şəkildə tələbələrə izah edərək, vətənpərvərlik mövzusunda həssas olmağı gənclərə tövsiyə edib. Torpaqlarımızın azad olunmasında döyüşən və şəhid olanların gənc nəslin nümayəndələri olması, özlüyündə bugünkü Azərbaycan gəncliyindən daha da böyük məsuliyyət tələb edildiyini Samir Vəliyev tələbələrlə görüşündə vurğulayıb.

Partiya haqqında tələbələrə geniş məlumatı çatdıran Samir Vəliyev 18 yaşı tamam olmuş gənclərə Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmağa dəvət edib və ölkəmizin ictimai-siyasi həyatında fəal olmağa çağırıb.

Təhsilin insan həyatındakı önəmindən söz açan S.Vəliyev bildirib ki, məhz təhsil bütün uğurların açarıdır. Təhsil insanın potensialını ortaya qoymasına, gələcəyin savadlı, uğurlu kadrı kimi yetişməsinə kömək edir: “Məhz buna görə də bu gün Azərbaycanda təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə inşa edilən, müasir standartlara cavab verən, yeni məktəb binalarının, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir”.
​

Sonda Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev tələbələrə yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb və rayon ərazisində yerləşən Ali Məktəbtələbələri ilə bu cür görüşlərin mütəmadi olaraq davam edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə