"Peşə təmayüllü siniflərin təşkili" layihəsi üzrə 45 yeni sinif

2021-2022-ci tədris ilində "Peşə təmayüllü siniflərin təşkili" layihəsi üzrə 45 yeni sinif təşkil edilib.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, siniflərin sayı paytaxt və bölgələr daxil olmaqla 80 məktəbdə 124-ə qədər artırılıb. Yeni siniflərin təşkili ilə layihə minimum 2200 şagirdi əhatə edəcək. Həmçinin yeni tədris ilindən bütün peşə təmayüllü siniflərdə “Sürücülük” və “STEAM” modulunun, 55-dən çox məktəbdə isə şagirdlərə karyera məsləhəti xidməti tətbiq edilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə