Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli olub.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, 01.06.2011-ci il tarixində stomatologiya və yoluxucu xəstəliklər ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 99 həkim iştirak edib. 1 həkim 100 bal toplamaqla ümumilikdə həkimlərdən 88 nəfəri uğurlu nəticələr əldə edib.

Qeyd edək ki, sertifikasiya prosesinə dair 2011-ci il may ayı ərzində 9 ixtisas üzrə test imtahanları keçirilib. İmtahanlarda ümumilikdə 282 həkim iştirak edib. İştirakçılardan 9 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 268 nəfər (95%) uğurlu nəticələr əldə edib.

Növbəti test imtahanları məhkəmə-tibbi ekspertiza və endokrinologiya ixtisasları üzrə 08.06.2011-ci il tarixində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə