"Təhsil işçilərimiz ənənəvi tədrisə tam hazırdır" - ŞÖBƏ MÜDİRİ
"Pandemiya təhsil sahəsində akademik öyrənməyə ciddi zərbə vurdu. Digər tərəfdən isə yaxşı mənada vərdişlərə yiyələnməyə zəmin yaradıb". SİA-nınverdiyi məlumata görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, müəllimlər yeni tədris ilinə hazırlaşıb: "Təhsilə gec başlamaq o qədər problem deyil. Əsas odur ki, təhsil işçilərimiz ənənəvi tədrisə tam hazırdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB