Qazağın istedadlarla dolu məktəbi -VİDEO

Qazağın istedadlarla dolu məktəbi -VİDEO

Bir neçə il öncə rayonun sonda gedən məktəbi, hazırda qazandığı uğurlarla bölgənin ən güclü məktəbinə çevrilib. Söhbət Qazax rayonun Daş Salahlı kənd 1 saylı məktəbindən gedir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, burada şagirdlər son 4 ildə bir neçə qrant layihələrin və fənn olimpiadalarının qalibi olublar. Eyni zamanda, məktəbin məzunları yüksək bal toplayaraq ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olublar. Xəyalə Göyüşova da həmin şagirdlərdəndir. Dəfələrlə təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihənin qalibi olan məktəbin direktoru Söylü Xəlilova bu il “Həyatı bacarıqları qiymətləndirək” adlı 5-ci qrant layihənin qalibi olub.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə