Növbəti qabiliyyət imtahanları avqustun 16-da keçiriləcək

Növbəti qabiliyyət imtahanları avqustun 16-da keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib. DİM-dən SİA-ya verilən məlumata görə, avqustun 16-da bədən tərbiyəsi (9, 11 illik), təsviri sənət (11 illik), musiqi sənəti (11 illik) istiqamətləri üzrə növbəti qabiliyyət imtahanları təşkil ediləcək.

Abituriyentlər imtahanların tarixi ilə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə tanış olmalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə