Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov Beynəlxalq Tərcümə Birliyinin təşkilatçılığı ilə keçirilən Dillər və tərcümə üzrə beynəlxalq konfransda onlayn formatda iştirak edib. SİA-nın verdiyi məlumata görə, İlkin Əlimuradov konfransda “Azərbaycan və ərəb dilləri arasında tərcümə fəaliyyətləri: təcrübə və problemlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycan İlahiyyat İnstitutunun təsis edilməsi, bazası və fəaliyyəti; ərəb dilinin əhəmiyyəti; ərəb dilinin tədrisi; ölkəmizdə ərəb dilinin, ədəbiyyatının, tarixinin və mədəniyyətinin öyrənilməsi; mövzu ilə əlaqədar yazılmış və tərcümə edilmiş kitablar; tərcümə sahəsinin aktual problemləri; azərbaycanlı tərcüməçinin qarşısında duran vəzifələr və s. mövzular haqqında bəhs edib.
Konfrans 11 paneldən təşkil olunub, 50 müxtəlif dil daşıyıcısı olan 80 məruzəçinin çıxışları dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə