ADAU-da “Sabahın kənd təsərrüfatı” yay məktəbinin açılışı olub - FOTOLAR

Bu gün, 23 iyul 2021-ci il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və qardaş Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün “Sabahın kənd təsərrüfatı” yay məktəbinin açılış tədbiri keçirilib.

Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsininbir dəqiqə sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Aqrar İnkişaf Könüllüləri” təşkilatı ölkədə aqrar sektorun inkişafına ictimai dəstəyin nümayiş etdirilməsində, aqrar təhsilə marağın artırılmasında, gənc mütəxəssislərin ideyalarının praktiki olaraq reallaşdırılmasında və cəmiyyətin diqqətinin bu sahəyə yönəldilməsində müstəsna rol oynamaqdadır. Bildirilib ki, dövlətin aqrar təhsilədiqqət və qayğısı sayəsində gənclərin aqrar təhsilə marağının əhəmiyyətli dərəcədə artırılması, müasir aqrar gəncliyin formalaşması istiqamətində həyat keçirilən genişmiqyaslı tədbirlərməhz sabahın kənd təsərrüfatının tələblərinə cavab verəcəkmütəxəssislərin hazırlanmasına hədəflənmişdir. Bu baxımdan 19 ali təhsil müəssisəsinin tələbələrinin iştirak etdiyi “Sabahın kənd təsərrüfatı” adlı yay məktəbinin əhəmiyyəti böyükdür.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini-İnsan resursları şöbəsinin müdiri Elvin Paşayev çıxış edərək kənd təsərrüfatı naziri İnam Kərimovun təbriklərini iştirakçılara çatdırıb, “Aqrar İnkişaf Könüllüləri" təşkilatının yaradılmasının zərurliyi, fəaliyyət istiqamətləri, ADAU və digər ali təhsil müəssisələrinin tələbələrinin bu prosesə aktiv şəkildə qoşulmaları, hərəkatın müasir çağırışlara cavab verən aqrar mütəxəssislərin hazırlanmasına töhfələri, gənclər arasında aqrar təhsilin təbliği, həyata keçirilən layihələr və gözlənilən nəticələrbarədə danışıb, məktəbin iştirakçıların uğurlar arzulayıb.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavinin - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adil Tağıyev, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gəncə Dövlət Universitetinin elm və texnika üzrə prorektoru, dosent Pərvin Kərimzadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Cəfərov, Azərbaycan Texnologiya Universitetinintədris işləri üzrə prorektoru Vüqar İsmayılov, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev, “Azərbaycan Universitetləri” sosial şəbəkəsinin rəhbəri Zöhrab Süleyman çıxış edərək məktəbin iştirakçılarına uğurlar arzulayıblar.

Sonra müxtəlif ali təhsil müəssisələrini təmsil edən iştirakçılar çıxış edərək yay məktəbində ölkəmizin və xarici ali təhsil müəssisələrinin aparıcı alimlərinin, beynəlxalq təşkilatların, dövlət və biznes strukturlarının nümayəndələrinin sabahın kənd təsərrüfatı, işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı, “Ağıllı kənd”, “Ağıllı kənd təsərrüfatı”, “Elektron kənd təsərrüfatı”, qlobal iqlim dəyişikliyi və onun aqrar sahənin inkişafına və ərzaq təhlükəsizliyinə təsiri, aqrar gənclik, aqrar təhsil istiqamətləri, habelə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığında aqrar motivlərə dair dinləyəcəkləri mühazirələrdən əhəmiyyətli dərəcədə faydalanacaqlarını bildiriblər.

Tədbirin sonunda “Azərbaycan Universitetləri” sosial şəbəkəsində keçirilmiş sorğuda “İlin tələbəsi” adını qazanmış ADAU-nun məzunu Dinara Əliyeva təltif olunub.

Qeyd edək ki, 2021-ci ilin 22-31 iyul tarixlərində keçirilən yay məktəbinin proqramı çərçivəsində iştirakılar üçün Gəncə şəhərində Nizami Məqbərəsi və “Nizami Gəncəvi” Muzeyi, Heydər Əliyev Park-Kompleksi, “Zəfər Tağı”, Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi, “Məhsəti Gəncəvi” Mərkəzi, “İmamzadə” dini kompleksi, Xan bağı, “Avropa 2016-Gənclər Paytaxtı” Parkı, Gəncənin Bayraq Meydanı, “Gəncəçay” park-bulvar kompleksi, “Mirzə Şəfi Vazeh” Muzeyi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, Filarmoniya, “Xəmsə”S Parkı, Göygöl Milli Parkı, Qəbələ rayonunun görməli yerlərinə, aparıcı kənd təsərrüfatı müəssisələrinə səfərlər də təşkil olunacaqdır.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...