"Gənc nəsillərə töhfə üçün bu kitabı yazmağı özümə borc bildim" - GƏNC ALİM - VİDEO

“1969-cu il 14 iyul tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəyinki keçmiş SSR-də, dünyada tanıdıb. Həmin illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Məhz, buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də minilliyin Azərbaycançılığın tarix səhifələrində, milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir”. Bu fikirləri SİA-ya açıqlamasında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli deyib.

Gənc alim qeyd edib ki, Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir: “Azərbaycanlılar bəşər sivilzasiyasının ayrılmaz tərkib hissəsi kimi dünya elminə böyük töhfələr verib. Qədim elm ocaqlarından biri hesab edilən Azərbaycanda elmin inkişafı dövlət siyasətinin öncül istiqamətlərindən birini təşkil edir. Azərbaycanlılar, bəşər sivilizasiyasının ayrılmaz tərkib hissəsi kimi dünya elm və mədəniyyəti xəzinəsinə böyük töhfə vermişlər. Azərbaycan ərazisinin insanın ulu vətəni zonasına daxil olması və insanın biososial varlıq kimi burada təşəkkül tapması mühüm faktdır. Aqillər deyirlər ki, Ulu Yaradan yer üzünün əşrəfi sayılan hər bir insan oğlunu müəyyən bir missiya ilə bu dünyaya göndərir və kamil yaratdığı insana digər canlılardan fərqli olaraq düşüncə azadlığı verir. İnsan oğlunun bu dünyadakı əsl missiyasının nədən ibarət olduğunu anlayan və dəyərləndirən alim hesab olunur. Tanrı dərgahında məqamları yüksək olan alimlər bu dünyadakı nizamın qorunmasında ən böyük cavabdehlik daşıyan insanlardır. Təsadüfi deyil ki, Həzrəti Peyğəmbərimiz Məhəmməd (s.ə.s) deyirdi ki, alimlərə hörmət edən, elə bil mənə hörmət edib”. “Elm və kamal təhsilinə hər şeydən çox çalış, çünki hər şey onların köməyi ilə əldə edilir” deyərək A.A.Bakıxanov xalqın xoşbəxtliyini elm və maariflə bağlı olduğunu qeyd edirdi. Əbdülqəni Nuxəvi elmli insanı bütün dünyanı işıqlandıran qüvvə kimi canlandırır”.

Günel Məlikli vurğulayıb ki, intibah dövrünün böyük mütəfəkkiri Leonardo da Vinçi deyirdi ki, elm sərkərdə, təcrübə isə onun əsgəridir: "Həqiqətən də, müharibədə yalnız güclü sərkərdəsi və təcrübəli əsgərləri olan ordu qalib gələ bilər. Bu həqiqətin cəmiyyət həyatının bütün sahələrində keçərli olduğunu əminliklə söyləmək olar. Haqq işini haqq edərək öz torpaqlarında vətən müharibəsinə qalxan Azərbaycanın gücünü təkcə məğlub işğalçı Ermənistan deyil, bütün dünya gördü. Rəşadətli ordumuz Vətən torpaqlarından işğalçı vətənsizləri qovaraq Azərbaycanın ərazi bütövlüyünü, toxunulmazlığını təmin etdi. Cənab İlham Əliyev xalqımızın alternativsiz lideri, yeganə inam ünvanı, xilas karı, mümkünsüzü mümkünə çevirən qəhrəmanıdır. Cənab prezident İlham Əliyevin də dediyi kimi biz elə etməliyik ki, Azərbaycan elmi inkişaf etsin, yaşasın".

Sonda isə qeyd etmək istəyirəm ki, elmi kitab yazmaqda məqsədim, dahi Nizaminin də dediyi kimi “Bir elmi öyrənmək istədikdə sən, Çalış ki hər şeyi kamil biləsən” söyləyirdi. Mən də elmin tarixinin dərinliklərini araşdırmaqla gənc nəsillərə töhfə vermək üçün bu kitabı yazmağı özümə borc bildim”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə