Belçikada Laurent Simons adlı 11 yaşlı bir uşaq Antverpen Universitetinin 3 illik fizika fakültəsini 1 ildə ən yaxşı dərəcə ilə bitirib. Simmonsun magistr proqramına yay sonunda başlayacağı da bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Antwerp Universiteti, Simonsun 2020-ci ilin martından bəri fizika təhsili aldığını, bakalavr dərəcəsi aldığını və bütün tələbələri üstələdiyini bildirib.
Simmonsun bakalavr təhsilini davam etdirərkən eyni zamanda magistr kurslarına getdiyi və yay sonunda magistr proqramına başlayacağı bildirib.
Simmons, açıqlamasında klassik mexanika və kvant fizikasına diqqət yetirdiyini və bu mövzularda ən qısa zamanda hər şeyi öyrənmək istədiyini söyləyib.
'Məqsədim Ölümsüzlükdür'
"Məqsədim ölməzlikdir. Bədənin mümkün qədər çox hissəsini mexaniki hissələrlə dəyişdirmək istəyirəm. Bunun ətrafında bir yol düşündüm. Tapmacanın ilk parçası kvant fizikasıdır" dedi. Məqsədinə çatmaq üçün dünyanın ən yaxşı professorları ilə çalışmaq istədiyini dilə gətirən Simmons, "Beynimin içinə baxıb düşündüklərini öyrənmək istəyirəm" deyib.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB