Bərdə Mərkəzi Rayon Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib

Bərdə Mərkəzi Rayon Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib

Səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasının (MRX) açılışı olub. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, 111 yeni binada olmaqla ümumilikdə xəstəxana 221 çarpayılıqdır. Hər növ müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş xəstəxana 7 şöbədən ibarətdir ki, bunun da əsasını cərrahiyyə, travmatologiya, reanimasiya və intensiv terapiya, endokrinoloqiya, kardiologiya və doğum şöbəsi təşkil edir. 200 mindən artıq yerli əhali və orada məskunlaşmış qaçqın və məcburi köçkünlərə daha da səmərəli tibbi xidmətlə təmin etmək məqsədi ilə xəstəxanada istilik və qida sistemi də yüksək səviyyədə təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə