"Biz öz yetişdirdiyimiz şagirdə dəstək ola bilmirik" - EKSPERT NARAZILIĞINI BİLDİRDİ
“Dünya təhsili ilə bağlı təcrübə baxımından biz əsasən Avropa və şəhər təhsil sistemini götürə bilərik. Şəhər təhsil sistemində Yaponiya və Cənubi Koreya bizim üçün daha əlverişli imkan yarada bilər. Amma təəssüflər olsun ki, bnunla bağlı tətbiq etdiyimiz mövcud təhsil sistemi bir o qədər təhsil alanların daha yaxşı dərsləri mənimsəməsinə imkan vermir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, Avropa təhsil sistemində daha çox şagirdin maksimum biliklər əldə etməsinə üstünlük verilir: “Yəni, orada hansı ki, ona lazım olmayan biliklərin verilməsi əhəmiyyət kəsb etmir. Amma bizdə təəssüflər olsun ki, şagirdin gələcəkdə istifadə etməyəcəyi bilikləri də az yaşdan orta ümumtəhsil müəssisəsini bitirən vaxta qədər həmin biliklər şagirdlərə verilir. Həmin o bilik və təcrübələr istisna halları nəzərə almasaq heç bir halda tətbiq olunmur”.
“Biz artıq iki ildir disdant formalı təhsil tətbiq etmişik. Amma bu növ təhsildə müəyyən qaydaları gözləmirik. Amma Avropada disdant formalı təhsil tamam fərqlidir. Yəni, orada ən azından ali və yaxud orta ixtisas təhsil müəssisəsini nəzərə alsaq qayıba görə tələbələr sıxışdırılmır. Amma bizdə təəssüflər olsun ki, bunun əksini müşahidə edirik”.
“Bundan əlavə proqramların, eyni zamanda standart təhsil sisteminin inkişaf etməməsidir. Məsələn, Avropa təhsil sistemində əksəriyyət gənc professorlardır. Amma bizdə istənilən ali və orta təhsil müəssisəsində əsasən yaşlı nəslin nümayəndələri ilə rastlaşırıq. Hansı ki, onlar informasiya texnologiyalarına o qədər bağlı deyillər. Yəni, gənc nəsil bu barədə daha çevik və adekvatdır. Fərqlər həddindən artıq çoxdur. Məsələn, Finlandiya təhsil sistemində dərs saatı çox azdır. Şagirdlərə maksimum imkan yaradılır ki, valideynlər də bu işin içində tam olsun. Yəni, valideyn nəzarəti əksik olmasın. Amma bizdə əksinə, valideynlər demək olar ki, təhsil sistemindən daha kənarda dayanırlar və eyni zamanda təhsil müəssisələri bu məsələdə o qədər maraqlı deyillər ki, valideynlər iştirak etsin. Biz Avropa, Finlandiya təhsilini tətbiq edə bilmərik. Düşünürəm ki, bizim ölkədə Finlandiya təhsil sistemi tətbiq olunsa biz daha yaxşı nəticələr əldə edə bilərik. Bizim bəzi məsələlərdə olan milli təfəkkür tərzi dərslərimizi normal qaydada tədris etməyə imkan vermir”.
Elçin Əfəndi sözlərinə belə davam edib: “Bundan əlavə ixtisasların özünün də böyük əhəmiyyəti var. Məsələn Avropa və Amerika təhsil sistemində yeni müasir standartlara cavab verən ixtisasları görürük. Amma, halbuki bizdə elə ixtisaslar var ki, onlar artıq “ölü ixtisaslar” qrupuna daxildir. Təəssüflər olsun ki, biz onları hələ də saxlayırıq. Yəni, bu ixtisasların ya adını dəyişdirmək lazımdır, ya üzərində təkmilləşdirmə aparmaq lazımdır. Bu halda biz nələrəsə nail ola bilərik. Əks halda, təəssüflər olsun ki, təhsilimiz olduğu formada davam edəcək”.
“Başlıca problemimiz ondan ibarətdir ki, biz öz yetişdirdiyimiz şagirdə dəstək ola, yəni, onları daimi inkişaf etdirə bilmirik. Belə olduğu halda hər il xarici ölkə universitetlərinə minlərlə axın olur. Amma halbuki, biz onları burada saxlayıb keyfiyyətli təhsil versək, və yaxud da dövlət proqramı ilə təhsil dalınca göndərib geri qaytarsaq əlbəttə nəticə əldə edərik. Çünki bizdə kifayət qədər potensiallı şəxslər var. Amma təəssüf ki, biz onları kənarlaşdırırıq. Beləliklə, gələcəkdə onlar dövlətimizə deyil başqa ölkərlərin maraqlarına xidmət edəcəklər. Bu isə bizim üçün heç də xoş gələcək bəxş etmir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB