Bu gün saat 17:00-da 2011/2012-ci tədris ilində ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin ərizə qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, da ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 110426 abituriyent öz ərizəsini təsdiq etdirib.
Bunlardan 99192 nəfəri Azərbaycan, 11234 nəfəri rus bölməsinin abituriyentləridir. Ərizələrini təsdiq etdirən 110426 abituriyentdən 34989 nəfər I, 27070 nəfəri II, 32859 nəfəri III, 15508 nəfəri isə IV ixtisas qrupuna sənəd verib. Azərbaycan bölməsi üzrə 99192 abituriyentin 31707 nəfəri I, 23876 nəfəri II, 29521 nəfəri III, 14088 nəfəri isə IV qrupun payına düşür. Rus bölməsində ərizəsini təsdiq etdirən 11234 abituriyentin 3282 nəfəri I, 3194 nəfəri II, 3338 nəfəri III, 1420 nəfəri isə IV ixtisas qrupu üzrədir.
Qeyd edək ki, sənəd qəbulu aprelin 20-də başlayıb. Sənəd qəbulu iki mərhələdə aparılıb. Birinci mərhələdə abituriyentlər \"Abituriyentin elektron ərizəsi\" formasını şəxsən doldurub, ikinci mərhələdə tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyalarına təqdim edib və elektron ərizəsini təsdiqlədiblər. Ərizəsi təsdiqlənməyən abituriyentlər qəbul imtahanlarına buraxılmayacaqlar.
|
Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat | ||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB