Gülnarə Hüseynova: “Azərbaycanda talassemiyalı uşaqların qan təchizatı ilə nağlı problemləri yoxdur”-AÇIQLAMA
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə ölkənin 1-ci xanımı Mehriban Əliyevanın səhiyyə sahəsində gördüyü işlər nəticəsində hemofiliyalı, talassemiyalı və leykozlu uşaqların müalicəsi üçün dərman preparatları ilə təchizat, Talassemiya Mərkəzində leykozlu uşaqların müalicəsi zamanı beynəlxalq standartlara cavab verən steril boks palatalar uşaqların istifadəsinə verilib. Bu barədə SİA-ya açıqlamasında Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti, Sağlamlığa Çağırış QHT Alyansının İdarə heyətinin sədri Gülnarə Hüseynova məlumat verib. O bildirib ki, son 5 ildə hemofiliyalı və talassemiyalı uşaqların problemlərinin həllində iştirak edən nazir Oqtay Şirəliyev başda olmaqla Səhiyyə Nazirliyinin diqqəti ilə uşaqlar arasında ölümün və əlilliyin sayı azalıb. Onun sözlərinə görə, assosiasiyanın tədqiqatları göstərir ki, 111 nəfər hemofiliyalı xəstələr arasında15-18 yaşında olan uşaqlar hərəkət-dayaq sisteminin qazanılma qüsurlarından əziyyət çəkirlərsə, 2006-cı ildən dərman preparatları ilə təminatdan sonra 5-15 yaşına kimi uşaqlar tam sağlam həyat tərzi sürürlər, məktəbə gedir və idmanla məşğul olurlar.
"Talassemiyalı uşaqlar qan qıtlığından artıq əziyyət çəkmir. Regionlarda bu uşaqlar üçün qan təchizatı və digər dərman preparatlarının alınması yüksək səviyyədə təşkil edilib. Məsələn, Şəkidə yaşayan talassemiyalı uşağı olan ailələr artıq müalicənin regionda təşkil olunmasından razılıqlarını bildirirlər.
Hazırda leykemiyadan əziyyət çəkən uşaqlar dövlətin himayəsinə götürülürlər, lakin keyfiyyətli müalicə üçün fenotipi müəyyən edən aparat və kifayət qədər dərman preparatlarının olmaması uşaqları ölümə məhkum edir. Leykemiyalı uşaqların müalicəsi üçün təminat yalnız dövlətin üzərinə düşməməsi üçün burada bütün ictimaiyyət iştirak etməlidir. Xarici dövlətlərdə bu uşaqların tam sağalması, ölümün pəncəsindən xilas olunması üçün dövlət vəcəmiyyət bərabər iştirak edir. Məsələn,1 mart 2011 il tarixdənRusiyada keçirilən kütləvi aksiyada 2 mln. rubla kimi vəsait yığılıb və bu, Uşaq Hematoloji Mərkəzə bağışlanıb. Dünyada bu kimi təcrübə çoxdur. Azərbaycandada bu təcrübəni aşılamaq üçün təbliğat işlərinin güclənməsində olan işlərmedia nümayəndələrinin payına düşür", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB