""Ali təhsil haqqında" qanun layihəsi qəbul olunarsa..." - EKSPERT AYDINLIQ GƏTİRDİ

""Ali təhsil haqqında" qanun layihəsi qəbul olunarsa..." - EKSPERT AYDINLIQ GƏTİRDİ

“Təhsil haqqında qanunvericilikdə əsasən qəbul qaydalarında bir qədər sadələşdirmə və ümumi tədris ili işinin təşkilinin təkmilləşdirilməsindən ibarət layihələr nəzərdə tutulur. Həmçinin, növbəti ildən etibarən bəzi ixtisaslar var ki, onların ikinci qrupdan üçüncü qrupa keçməsi əsas götürülür”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, bundan əlavə tələbələrin təhsil kreditlərinin verilməsi ilə bağlı məsələlər də müzakirə olunur: “Yəni, əsas prioritet hesab olunacaq məsələlər bunlardır”.

Elçin Əfəndi sözlərinə belə davam edib: “Qeyd edim ki, ümumiyyətlə təhsil haqqında qanunvericilikdə nəzərdə tutulmuş qanun layihəsi həyata keçirilərsə, bir sıra təhsil almaq istəyən şəxslərin təhsilinin təmin olunması baxımından olduqca mütərəqqi bir layihə olacaq. Doğrudur indi tam olaraq tərkib bəlli deyil ki daha çox hansı qanunlar irəli sürülür, amma ümumi təhsil adına düşünürəm ki, müəyyən addımlar atılar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə