Paytaxt məktəblilərinin riyaziyyat fənni üzrə yoxlamalarda keyfiyyət faizi artıb

Paytaxt məktəblilərinin riyaziyyat fənni üzrə yoxlamalarda keyfiyyət faizi artıb

Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) aprelin 27–də paytaxtın IV və V siniflərində riyaziyyat fənnindən keçirilən test yoxlamasının nəticələrini açıqlayıb. BŞTİ-nin sektor müdiri Firudin Həmzəyev SİA-ya açıqlamasında bildirib ki, yoxlama imtahanların nəticələri idarənin təhsil şurasının iclasında müzakirə olunub. Onun sözlərinə görə, həmin yoxlamanın nəticələri BŞTİ – dəki optik cihaz vasitəsilə yoxlanılaraq müəyyənləşib və məktəblərə təqdim edilib.

"Ötən il paytaxt məktəblərinin IV sinfində bu yoxlama imtahanlar aparılıb. Bu il isə həm IV, həm də V siniflərdə riyaziyyat fənni üzrə yoxlama imtahanlar 308 orta təhsil müəssisəsində təşkil olunub. Bu il riyaziyyat fənni üzrə yoxlamaların nəticələri ötən il aparılan imtahanların nəticələrində daha yüksək olub. Belə ki, bu il yoxlamalarda keyfiyyət faizi 1,1 faiz yaxşılaşıb. Bu da şagirdlərdə məsuliyyətin artdığını bir daha təsdiq edib", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə