Gövhər Baxşəliyeva: “Şərqşünaslıq İnstitutunun yaradılması ilə bu elm daha da yüksək səviyyədə inkişaf etməyə başlayıb”

Gövhər Baxşəliyeva: “Şərqşünaslıq İnstitutunun yaradılması ilə bu elm daha da yüksək səviyyədə inkişaf etməyə başlayıb”

\"Şərqşünaslıq elmi XIX əsrdən etibarən inkişaf edib. 1958-ci ildə AMEA-nın digər institutlarında fəaliyyət göstərən müvafiq şöbə və qrupların əsasında Şərqşünaslıq İnstitutunun yaradılması ilə bu elm daha da yüksək səviyyədə inkişaf etməyə başlayıb\". Bu barədə jurnalistlərə açıqlamasında AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva məlumat verib. O bildirib ki, Şərqşünaslıq İnstitutunun mövcud olduğu illər ərzində Yaxın və Orta Şərq ölkələrinin tarixi, bu region xalqlarının ictimai-mədəni inkişafı və Azərbaycanla çoxəsrlik mədəni-tarixi əlaqələri institut əməkdaşları tərəfindən tədqiq edilib. Onun sözlərinə görə, indiyədək institut əməkdaşlarının 400-dən artıq elmi kitabı və bir neçə min elmi məqaləsi çap edilib.

Şərqşünaslığın kompleks elm olduğunu deyən G.Baxşəliyeva qeyd edib ki, bu həm şərqin tarixi, iqtisadiyyatı, tarixi, ictimai fikri, eyni zamanda, klassik dövrün tədqiqatlarını əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə