AMEA İnformasiya Texnologiyaları İnstitutunda Özbəkistanın ölkəmizdəki səfirliyinin humanitar məsələlər üzrə attaşesi Oybek Əkrəmovla görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və ümumi işlər üzrə direktor müavini Şakir Mehdiyev iştirak ediblər.
Qonağa institutun fəaliyyət istiqamətləri, əldə etdiyi nailiyyətlər, kadr potensialı, texnoloji təchizatı, beynəlxalq əlaqələri haqqında məlumat verilib. Tərəflər institutla Özbəkistanın müvafiq qurumları arasında əməkdaşlıq məsələlərini, o cümlədən birgə elmi-tədqiqatların aparılması və toplantıların keçirilməsi, təcrübə və kadr hazırlığı mübadiləsinin perspektivlərini müzakirə ediblər.
Özbəkistanlı diplomat institutun elmi laboratoriyalarının, eləcə də, “AzScienceNet” şəbəkəsinin, Təhsil-İnnovasiya Mərkəzinin, Multimedia Mərkəzinin, Elektron Kitabxana Mərkəzinin fəaliyyəti, bu struktur bölmələrində yaradılan şəraitlə tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB