Mobil telefonlar insan sağlamlığı üçün ziyandır və beyin xərçəngi xəstəliklərinə səbəb ola bilər. SİA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının alimləri bəyanat yayıb.
ÜST-nin 31 nəfərdən ibarət mütəxəssislər qrupu insanlarda xərçəng xəstəliyi ilə telefon, mikrodalğalı sobalar və radarlardan çıxan elektromaqnit şüalar arasında əlaqəni təhlil ediblər. Təhlillər nəticəsində onlar mobil telefonları 2B sinfinə aid ediblər və bununla da mobil telefonların xəstəlik təhlükəsi yaratdığı məlum olub.
Alimlər bəyan ediblər ki, mobil telefonlardan istifadə nəticəsində baş beynin zərərli şişlərinin yarana bilməsini istisna etmək olmaz. Ancaq bununla yanaşı, ekspertlər mobil telefonların xərçəngə səbəb olduğunu hələ ki tam əminliklə deyə bilmirlər. Onlar eyni zamanda, qeyd edirlər ki, dəqiq cavab üçün hələ bir çox araşdırmalar aparılmalıdır.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB