"Yay məktəbi" çərçivəsində AHTM-də növbəti tədbir

"Yay məktəbi" çərçivəsində AHTM-də növbəti tədbir

Bu gün Bakı şəhəri, Xətai rayonu, 221 saylı tam orta məktəbin 10-cu sinif şagirdləri “yay məktəbi” çərçivəsində Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) olublar.

Məktəbin “Gənclərin şağırışaqədərki hazırlığı” fənni müəllimi, ehtiyatda olan leytenant Rəşad Bədəlovun rəhbərliyi ilə muzeyə gələn şagirdlər Azərbaycan hərb tarixinin müxtəlif dövrlərini əhatə edən eksponatlarla tanış olublar. Xüsusilə, “2016-cı ilin aprel döyüşləri” və “2020-ci il Vətən müharibəsi” zallarında sərgilənən eksponatlar şagirdlərin xüsusi marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə